YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli maraqlarımız...

Kamilə Əliyeva

Milli Məclisin deputatı, professor

Azərbaycan MDB-nin fəaliyyətinin formalaşdırılmasında və inkişaf etdirilməsində irəli sürdüyü təkliflər hər zaman üzv dövlətlər tərəfindən yüksək qiymətləndirilib. Ölkəmiz MDB-nin beynəlxalq aləmdə nüfuzlu bir təşkilat kimi tanınmasına böyük töhfə verir.

Prezident İlham Əliyev Bişkekdə MDB Dövlət Başçıları Şurasında MDB dövlətləri arasında iqtisadi, siyasi əlaqələrin gücləndirilməsində Azərbaycan dövlətinin müsbət istiqamətdə gördüyü işlər barədə çıxış etdi. MDB- nin Dövlət başçıları səviyyəsində keçirdiyi tədbirləri bu təşkilata üzv dövlətlər arasında əməkdaşlıq əlaqələrinin möhkəmlənməsinə xidmət edir. Azərbaycan, Ermənistan istisna olmaqla MDB-yə üzv dövlətlərlə istər siyasi, istərsə də iqtisadi sahələrdə yüksək səviyyədə əməkdaşlıq edir. Dövlət Başçılarının Şura iclasına ev sahibliyi edən Qırğızıstan Respublikası ilə Azərbaycan Respublikası birgə İnvestisiya Fondu yaradıb. Ümumiyyətlə Azərbaycanla MDB yə üzv olan Mərkəzi Asiya dövlətləri arasında hər il ticarət əlaqələri yüksəlir. Azərbaycanın bu ölkələrə yatırdığı investisiyanın həcmi artırılır ki, bu da dövlətlərin iqtisadi inkişafına öz müsbət təsirini göstərir. Keçən il Azərbaycanla MDB dövlətləri arasında əmtəə dövriyyəsinin həcmi 30 faiz artmışdır. MDB-yə üzv olan bir çox dövlətlər Şərq - Qərb və Şimali - Cənub nəqliyyat dəhlizləri üzrə Azərbaycanın tranzit ölkə kimi İmkanlarından istifadə edir. MDB-yə üzv ölkələr arasında humanitar sahədə əlaqələrin inkişafına Azərbaycan böyük töhfə verir. 2025-ci ildə 3-cü MDB oyunlarının Azərbaycanda keçirilməsini də üzv dövlətlər dəstəkləmişdir. MDB 8 dekabr 1991-ci ildə Minsk şəhərində imzalanmış "MDB-nin yaradılmasına dair Saziş" əsasında təsis edilmiş və 24 dekabr 1993-cü il tarixdə MDB Dövlət Başçıları Şurası iclasında Azərbaycan Respublikasının MDB-yə daxil olması haqqında qərar qəbul edildi. Azərbaycan MDB-nin iştirakçı dövlətləri ilə əməkdaşlığın ikitərəfli əsasda davam etdirilməsinə üstünlük verir. Azərbaycan MDB çərçivəsində ölkəmiz üçün maraq kəsb edən məsələlər üzrə əməkdaşlığı davam etdirir. Lakin bir sıra məsələlərdə Azərbaycan dövlətlərarası müqavilələrə imza atmır. MDB Dövlət Başçıları Şurasının 2011-ci il oktyabrın 18-də Sank Peterburqda keçirilən iclasında MDB azad ticarət zonası ilə bağlı müqavilə imzalansa da Azərbaycan bu müqaviləni imzalamamışdır.

Azərbaycan MDB-nin bir çox sənədlərinə Ermənistan amilini nəzərə alaraq veto qoya bilmişdi. Prezident İlham Əliyev MDB daxilində aparılan əməkdaşlıq çərçivəsində hər zaman ölkəmizin milli maraqlarını üstün tutub.