YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İnkişaf strategiyasının müəllifi

Gündüz Bayramov

YAP Samux rayon təşkilatının sədri

Oktyabrın 15-də Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə üçrəngli bayrağımızı ucaltdı. Bu şəhər artıq bizdədir. Nə az, nə çox, düz bir əsrdir Ermənistana ekspansiya etmək istədilər, amma sonda Xankəndi yenidən mənsub olduğu Azərbaycanına qovuşdu.

Etiraf edək ki, düz 100 ildir Xankəndi erməniləşdirilmiş Azərbaycan torpağı idi. Kağız üzərində Azərbaycanın olsa da, reallıqda Ermənistandan gələn göstərişlərə əməl edirdi. Bölgədə yaşayan ermənilər daim havadarlarının planlarına uyğun olaraq milli ədavəti qızışdırır, planlarının həyata keçməsi üçün ən çirkin əməllərə belə əl atırdılar. Hələ 1967-ci ildə Xankəndidə iki azərbaycanlı hamının gözünün qarşısında yandırılmışdı. O vaxtlar da Moskva imkan vermədi ki, o günahsız azərbaycanlıların qisası alınsın. Ermənilər öz nifrətlərini və Bakını saymadıqlarını açıq şəkildə göstərirdilər. Bu əslində, sonra baş verəcəklərin siqnalı idi. Həmin vaxtlarda respublika DTK-sının sədri  vəzifəsində işləyən  Heydər Əliyev Xankəndiyə getmiş, qətiyyət göstərərək cinayətkarların tapılaraq cəzalandırılmasını təmin etmişdi. Amma, yenə Moskva araya girib onların layiqincə cəzalandırılmasına imkan verməmişdi. Çünki hamı Moskavadan – mərkəzdən asılı idi, mərkəz isə ermənilərin tərəfində idi.

Xankəndi şəhəri Bakıdan cəmi 329 kilometrlik məsafədə yerləşməsinə baxmayaraq, əlçatmaz idi - sanki dünyanın o başında idi. 1923-ci ildə yaradılmış qondarma Dağlıq Qarabağ Muxtar Vilayəti Xankəndidən idarə olunurdu. Rəhbərlikdə təmsil olunanların mütləq əksəriyyəti də milliyyətcə erməni idi. Təsəvvür edin ki, bu muxtar qurum Azərbaycanın büdcəsindən maliyyələşsə də, dotasiyaları ondan alsa da daim nəbzi İrəvanla döyünürdü.  Bu da son...

Qalib Azərbaycan Ordusunun qətiyyətli və müdrik sərkərdəsi otuz il görmək istədiyimiz, amma görə bilmədiyimiz kənd və şəhərlərə Dövlət Bayrağımızı sanca-sanca gedir. Bu, möcüzə yox, reallıqdır. Xankəndi azad edilməklə separatizmin rüşeymi təmizləndi. Xankəndi Azərbaycan suverenliyinə daxil oldu. Bu gün yüz ildə olmadığı qədər azaddır, heç vaxt olmadığı qədər bizimdir Xankəndi.

Bu reallığa vaxtilə biz inana bilməsək də, həm ulu öndər Heydər Əliyev, həm də Prezident İlham Əliyev buna daim əmin idilər və xalqa da ümid verirdilər ki, biz öz ərazi bütövlüyümüzü bərpa edəcək, məcburi köçkünlərimizin ata-baba yurdlarına qayıtmasına nail olacağıq. Azərbaycanın bugünkü reallıqları məhz həmin uzaqgörənlik və prinsipiallıqların nəticəsidir. Dövlət başçımız oktyabrın 15-də işğaldan azad edilmiş Xankəndi şəhərində Azərbaycan Bayrağını qaldırarkən xatırlatdı ki, mən ilk dəfə prezident seçilərkən xalqa söz vermişdim ki, Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcək, ölkəmizin ərazi bütövlüyünü qoruyacağam: “Konstitusiyaya və “Qurani-Kərim”ə əl basaraq and içmişdim. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi”. Cənab Prezident 2003-cü ildəki seçkinin nəticələri elan ediləndən sonra xalqın qarşısına çıxmış, insanlarla səmimi söhbət etmişdi. Demişdi ki, mənim əsas vəzifəm Azərbaycan Bayrağının o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılmasından ibarətdir. Dedi və əməl etdi.

Cənab Prezident ona görə dediklərini reallığa çevirə bilir ki, xalq ona inanır, etimad göstərir və hər addımda dəstəkləyir. Bu gün Azərbaycanın bütün yaşayış məntəqəllərində, dövlət müəssisələrində, xarici ölkələrdəki diplomatik nümayəndəliklərimizdə, üzvü olduğumuz beynəlxalq təşkilatların önündə Azərbaycan Bayrağı dalğalanır. Hətta, kosmosdakı rabitə peyklərimizin üzərində də üçrəngli, ay-ulduzlu müqəddəs dəyərimizin şəkili var. Ancaq Xankəndidə dalğalanan bayrağımızın bəxtəvərliyi özgə aləmdir. 2020-ci ilin Vətən müharibəsində qazanılan qəti qələbənin son akkordu bu il Xankəndi ilə vuruldu. Təsəvvür belə etmədiyimiz tarixi günləri yaşayırıq. 

Prezident İlham Əliyev son 20 ili Azərbaycan tarixinə Zəfərə gedən yol və sonda dünyaya səs salan Qələbəmiz nəticəsində torpaqlarımızın işğaldan xilası, ərazi bütövlüyümüzün bərpası kimi yazdı. Qarşıda bizi daha möhtəşəm uğurlar gözləyir. Ölkə Prezidenti İlham Əliyevin qarşıya qoyduğu məqsədə uyğun olaraq keçmişlə deyil, gələcəklə yaşayırıq. O gələcək ki, onun inkişaf strategiyasının müəllifi Prezident İlham Əliyevdir.