YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan öz istəyinə nail oldu

Əlişah Rəcəbov

YAP Ağdaş rayon təşkilatının sədri

Oktyabrın 15-də Qarabağa səfəri zamanı Prezident İlham Əliyev əzəli torpaqlarımız olan Ağdərə, Xocalı, Xocavənd və Xankəndidə Dövlət Bayrağını ucaltdı. 15 oktyabr 2023-cü il təqvimi ölkəmiz üçün tarixi bir gün oldu.

Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağı ucaltdıqdan sonra Prezident İlham Əliyev xalqa müraciətində bildirdi ki, biz istədiyimizə nail olduq. Azərbaycan xalqının onilliklər ərzində olan arzuları çin oldu. Azərbaycan xalqının ləyaqəti bərpa olundu. Biz torpaqlarımızı geri qaytarmışıq, ərazi bütövlüyümüzü bərpa etmişik.

Ölkə başçısı müraciətində qeyd etdi ki, artıq dünyada Azərbaycanla hesablaşırlar. Ötən iyirmi il ərzində Azərbaycan gücləndi, Azərbaycan dünya miqyasında özünə layiq yerini tuta bildi. Ölkəmizin mövqeyi, dövlətimizin addımları nəinki bölgədə, daha da böyük coğrafiyada böyük məna daşıyır.

20 il  əvvəl Prezident seçilərkən cənab İlham Əliyev xalqa müraciət edərək söz vermişdi ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcək və Azərbaycanın ərazi bütövlüyünü qoruyacaq. Ölkədə güclü iqtisadiyyat və güclü ordu yaradıldı. Məhz Azərbaycanın Zəfərini təmin edən əsas amillərə bunlar da daxildir. Azərbaycan iqtisadiyyatı son 20 ildə  dörd dəfədən çox artmışdır. Əsl müstəqilliyə nail olmaq üçün güclü iqtisadiyyat və ordunun olması mütləqdir.

Xankəndidən xalqa müraciətində Prezident İlham Əliyev vuğruladı ki, biz haqlı olaraq Silahlı Qüvvələrimizlə fəxr edirik. Bu gün Azərbaycan Silahlı Qüvvələri istənilən vəzifəni şərəflə yerinə yetirə bilər və biz bunu döyüş meydanında sübut etdik, həm üç il bundan əvvəl Vətən müharibəsi dövründə cəmi 44 gün ərzində düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdik, eyni zamanda, keçən ay cəmi 23 saat davam edən antiterror tədbirləri bizim gücümüzü göstərdi və yenə də düşmən ağ bayraq qaldıraraq təslim oldu. Antiterror tədbirləri qaçılmaz idi.

Prezident İlham Əliyev tarixə nəzər salaraq xatırlatdı ki, Azərbaycan torpağında heç bir tarixi, coğrafi və siyasi əsası olmayan Dağlıq Qarabağ Muxtar Vilayəti 100 il bundan əvvəl - 1923-cü ildə yaradılmışdır. Bu 100 il ərzində xalqımız nə qədər əzab çəkib, tarix bizi nə qədər sınağa çəkib. Əyilmədik, sınmadıq, o boyda böyük faciə ilə təkbaşına üz-üzə qalmışdıq, heç kim bizim yanımızda durmadı. Torpaqlarımız işğal altına düşəndə heç bir ölkə arxamızda dayanmadı, heç mənəvi dəstək də göstərmədilər. Bütün əsas güclər Ermənistanın arxasında idi. 1969-1982-ci illərdə Qarabağda heç bir ayrı-seçkiliyin olmadığını bildirən ölkə başçısı 1987-ci ildə Ulu Öndər Heydər Əliyevin öz vəzifəsindən kənarlaşdırıldıqdan

iki həftə sonra Moskvada oturan erməni millətçisi tərəfindən Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycandan alınaraq Ermənistana verilməsi məsələsinin qaldırıldığını xatırlatdı. Cəmi altı il Azərbaycanın Heydər Əliyevsiz qalması xalqımız üçün faciəvi, böhranlı, utancverici illər kimi tarixdə qaldı. Bütün çətinliklərə baxmayaraq artıq Bayrağımız Xankəndidə dalğalanır. Ermənistanın bütün revanşist qüvvələri də bu mövcud reallığı qəbul etməlidir.