YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Böyük hadisə...

“Prezident İlham Əliyevin Ermənistanın işğaldan azad edilmiş ərazilərə mütəmadi səfərləri aparılan bərpa və quruculuq işlərini stimullaşdıran mühüm amillərdəndir. Ölkəmizin başçısı oktyabrın 17-də, “Füzuli şəhəri günü”ndə Füzulidə bu rayonun sakinləri ilə görüşü də tarixi hadisə idi. 30 ilə yaxın qaçqın və məcburi köçkün həyatı yaşayan füzulilər üçün bu təbii ki, böyük sevinc və fərəhlə qarşılanan hadisə oldu. Artıq digər azad edilən ərazilər kimi Füzuli şəhəri yenidən qurulur. İşğal dövründə daşı-daşı üstündə qalmağa qoymayan erməni vandalizminin izləri silinir, Füzuli öz çal-çağırlı həyatına qovuşur.” Bunu Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

O qeyd edib ki, digər bölgələrimiz kimi Füzuli də Ermənistanın işğal dövründə vandalizmin, barbarlığın nəticəsində böyük ziyan görüb: “Fakt odur ki, II Qarabağ müharibəsinin gedişində azad edilən Füzulidə əsgərlərimiz bayraq asmağa salamat bina tapa bilməmişdi. Ölkəmizin başçısı da Füzuli sakinləri ilə görüşündə insanlara zülm etmək, onlara işgəncə vermək, Azərbaycan xalqına qarşı etnik təmizləmə aparmağın Ermənistanın əsas siyasət xətti olduğunu bildirib. Çünki bu böyüklükdə ərazidə bütün həyat elementlərini məhv etmək ancaq barbarlığın, məkirli siyasətin nəticəsi ola bilər. Amma dünya birliyi, ictimaiyyət ermənilərin Azərbaycan ərazilərində 30 ilə yaxın həyata keçirdiyi barbarlıqdan xəbər tutmayıb. Beynəlxalq, birlik ayrı-ayrı təşkilatlar Azərbaycana vurulan maddi- mənəvi zərərə görə bir dəfə də olsun Ermənistanı qınayan açıqlama verməyib. Bu torpaqlar işğaldan azad edildikdən sonra dünya ictimaiyyəti erməni vəhşiliklərinin nəticələrini görmək imkanı olub. Məhz Füzulidəki erməni barbarlığının timsalında bütün dünya bu vəhşiliyi görmək imkanı qazanıb”.

Millət vəkili ermənilərin Qarabağda aparmış olduğu barbarlığa, talançılığa, tarixi, maddi-mənəvi adibələrin məhvinə, mina təhlükəsinə baxmayaraq bu gün Azərbaycanın öz gücü və imkanları ilə böyük quruculuq, abadlıq işlərinin getdiyini bildirib: “Bu gün Qarabağ böyük tikinti meydançasını xatırladır. Azərbaycan özünə məxsus olan tarixi torpaqlarda qurub-yaradır. Vaxtilə bu ərazilərdən silah gücünə qovulan soyqırım və etnik təmizləməyə məruz qalmış soydaşlarımız Böyük Qayıdış proqramına uyğun olaraq ata-baba yurdlarına qayıdır. Ölkəmizin başçısının da açıqladığı kimi 2026-cı ilin sonuna kimi 22 min insanın təkcə Füzuliyə qayıdışı nəzərdə tutulur. Ümumilikdə Qarabağ və Şərqi Zəngəzurda isə 140 min insanın geri dönüb, əbədi, xoşbəxt, təhlükəsiz şəraitdə yaşayışının təmin olunacağı gözlənilir. Dövlətimiz tərəfindən işğaldan azad olunmuş bütün ərazilərdə insanların rahat yaşamaları üçün hər cür şərait yaradılır. İcra edilən layihələrdə bu ərazilərə qayıdan insanların məşğulluğu da nəzərə alınır”.

Deputat dövlətimizin başçısı füzulililərlə görüşündə gənc nəslin ata-baba yurdlarına dönüşünü yüksək qiymətləndirməsinin olduqca önəmli olduğunu söyləyib: “Ölkəmizin başçısı bildirib ki, “bu, doğrudan da böyük hadisədir. Bu, xalqımızın böyüklüyünü göstərir, doğma diyarına bağlılığını göstərir”. Sözsüz ki, torpaqlarımızı erməni işağılndan məhz vətənpərvər gənclərin sayəsində azad edildi. Füzuli əməliyyatının gedişində əsgər və zabitlərimizin göstərdikləri misilsiz qəhrəmanlıqlar tarix dərsliklərində özünə yer tutacaq. Fakt odur ki, ermənilər 30 illik işğal dövründə Azərbaycan ordusu ilə bütün təmas xətti boyunca güclü müdafiə istehkamları yaratmışdılar. Amma bütün bunlar güclü Azərbaycan Ordusu və qəhrəmanlarımız qarşısında keçilməz sədlər olmadı. Qəhrəmanlarımız ermənilərin 30 ilə yaxın qurduğu sədləri, istehkamları bir andaca dağıdıb keçərək düşməni torpaqlarımızdan qovmağa nail oldu”.