YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində qocalar ilə görüş keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatının əməkdaşları “Qocalar evi”ni ziyarət ediblər.

Ahıl şəxslərlə görüşdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda ahılların sosial müdafiəsinin gücləndirilməsi, sağlamlıqlarının qorunması, hüquqlarının təmin edilməsi istiqamətində davamlı tədbirlərin həyata keçirildiyi vurğulanıb. Qeyd olunub ki, "Qocalar evi”ni ziyarət etmək hər kəsin mənəvi borcudur: “Onlar bizim keçmişimizi özlərində yaşadıb, gələcəyimizə ötürən dəyərlilərimizdir”.

Görüş Azərbaycan  Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin müəllim və tələbə kollektivinin təqdimatında konsert  proqramı ilə davam edib.

Sonda ahıllara müxtəlif hədiyyələr təqdim olunub.