YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni reallıq

Fəsli Nəbiyev

YAP Gənclər Birliyinin sədr müavini

Oktyabrın 17-də Prezident İlham Əliyevin  Füzuli şəhərinə köçmüş sakinlərlə görüşü Böyük Qayıdışın həyata keçirilməsinin növbəti əyani göstəricisi idi. Öz tarixini unutmayan, torpağına sahib çıxmağı bacaran xalq böyük xalqdır. Böyük Qayıdış çərçivəsində işğaldan azad olunmuş ərazilərə geri qayıdanlar arasında gənclər də var. Baxmayaraq ki, onlar bu torpaqları heç vaxt görməyiblər Füzulili gənclər öz dədə-baba torpaqlarına qayıtmağa qərar veriblər. Azərbaycan xalqı 30 il davam edən işğalçılıq siyasətinə baxmayaraq, bir an belə olsun öz torpaqlarına olan sevgini itirmədilər. Düşmən və onun havadarları hesab edirdi ki, xalqımız bu torpaqları unudacaq və işğalla barışacaq. Azərbaycan xalqı heç vaxt öz tarixini unutmayıb və bu yaddaş hər nə olur olsun xalqımızı öz əzəli torpaqlarına geri qaytardı.

 Bu gün yeni reallıq ondan ibarətdir ki, işğaldan azad olunmuş bütün ərazilərdə, o cümlədən, Füzuli yenidənqurma işləri aparılır. Artıq Azərbaycanda iki dəfə Milli Şəhərsalma Forumu keçirilmişdir.  Ağdam, Zəngilan və digər şəhərlərdə təqdim olunmuş layihələr şəhərsalma təcrübəsində yeni prinsiplər müəyyən edir. Tikilən binaların dizaynı, quruluşu beynəlxalq təşkilatlar tərəfindən olduqca yüksək qiymətləndirilir. Rahat yaşayış üçün bütün infrastrukturu olan bu yeni şəhərlər xüsusilə Füzuli şəhəri ölkəmizin digər şəhərlərinin gələcək inkişafı üçün nümunədir.

Ermənistan işğal dövründə Füzuli şəhərini vandalizm edərək vəhşicəsinə dağıtmışdır. Hətta heç bir beynəlxalq nümayəndə heyətlərinə buraya səfərə icazə verməmişdir. Çünki, Füzuli şəhəri erməni vəhşiliyini əks etdirən ərazidir. Yaşayış məskənlərimizin yerlə-yeksan edilməsinin bir səbəbi ola bilərdi. Bu Azərbaycan xalqına qarşı etnik təmizləmə aparmaq idi.

Yenidən qurulan Füzulidə artıq 800-dən çox insan yaşayır və bu rəqəm aylar keçdikcə daha da artacaqdır. 2026-ci ilin sonuna Qarabağ və Şərqi Zəngəzurda 140 min vətəndaşımız yaşayacaq. Füzulidə bu rəqəm 22 min olacaqdır.

İşğaldan azad olunmuş ərazilərdə əhalinin məşğulluğu dövlətin diqqət mərkəzindədir. Bu istiqamətdə əhalinin məşğuliyyətini təmin etmək üçün dövlət tərəfindən vətəndaşlara hərtərəfli diqqət və qayğı göstəriləcəkdir. Əsas hədəf müəyyən zaman çərçivəsində Qarabağı Azərbaycan iqtisadiyatında aparıcı qüvvəyə çevirməkdir.