YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev Qazaxıstanda baş vermiş yanğınla əlaqədar Prezident Kasım-Jomart Tokayevə başsağlığı verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstanda baş vermiş yanğınla əlaqədar Prezident Kasım-Jomart Tokayevə başsağlığı məktubu ünvanlayıb.

Dövlətimizin başçısı məktubunda qeyd edib: “Qazaxıstanın Karaqanda vilayətindəki şaxtada baş vermiş yanğın nəticəsində çox sayda insanın həlak olması barədə xəbər bizi olduqca kədərləndirdi”.

Prezident İlham Əliyev bu faciə ilə əlaqədar Kasım-Jomart Tokayevə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Qazaxıstan xalqına şəxsən öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib, xəsarət alanlara şəfa diləyib.