YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əməkdaşlığın möhkəmlənməsi üçün yeni imkanlar mövcuddur

Elmar Əhmədov

YAP Salyan rayon təşkilatının sədri

“Biz əlbəttə ki, milli enerji şəbəkəsini gücləndirməliyik və qeyd etdiyim kimi, dövlət proqramı icra olunur. Biz hər şeyi vaxtında edəcəyik. Biz artıq maliyyə resursları ayırmışıq ki, bərpaolunan enerji mənbələrini istehsal edən investorlarımız özlərini tamamilə rahat hiss etsinlər.” Dövlət başçısı İlham Əliyevin oktyabrın 26-da Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimində söylədiyi bu fikirlər ölkəmizin bərpa olunan enerji sahəsində əməkdaşlığa xüsusi önəm verdiyini nümayiş etdirir. Ümumilikdə Azərbaycan hər dövrün çağırışlarını yüksək səviyyədə cavablandırmaqda maraqlıdır.

Hər zaman qeyd etdiyimiz kimi, əldə olunan uğur, reallığa çevrilən layihə əhatə etdiyi sahənin inkişafı istiqamətində atılan addımları bir daha nəzərdən keçirib gələcəklə bağlı planların təqdimatında əhəmiyyətli rol oynayır.

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası Azərbaycanın bu günü və gələcəyi üçün əhəmiyyətli rol oynayır. Ümummilli Lider “Əsrin müqaviləsi”nin imzalanmasından öncə dünya təcrübəsinə istinadən  belə bir çağırışı səsləndirmişdir ki, səylər birləşdirilmədən, təcrübə mübadiləsi aparılmadan heç bir ölkə təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz. 1994-cü il 20 sentyabr tarixində Ümummilli Liderin gərgin səyləri nəticəsində imzalanan “Əsrin müqaviləsi” ölkəmizin iqtisadi və siyasi mövqeyinin möhkəmləndirilməsində əhəmiyyətli rol oynadı. Regional çərçivədə başlanan əməkdaşlığın coğrafiyası illər keçdikcə genişlənərək beynəlxalq miqyas aldı. Həmçinin tarixən neft ölkəsi olan Azərbaycan qaz, elektrik enerjisi ixracatçısına çevrilib. 2003-cü ildən cənab İlham Əliyevin “İqtisadi artım qeyri-neft sektorunun hesabına olmalıdır” tezisi iqtisadiyyatın şaxələndirilməsi siyasətinin sürətləndirilməsini şərtləndirdi. 

Tarixi Zəfərimizdən sonra bərpa olunan enerji sahəsində əməkdaşlığın qurulması və inkişaf etdirilməsi daha da aktuallaşdı. Dövlət başçısı İlham Əliyevin Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimində qeyd etdiyi kimi, bərpaolunan enerji gündəliyimiz təkcə günəş və ya külək elektrik stansiyaları ilə məhdudlaşmır. Hazırda  üç il bundan əvvəl işğaldan azad edilmiş Qarabağın və Şərqi Zəngəzurun ərazilərində hidroenerji potensialımızı fəal şəkildə inkişaf etdiririk. Artıq 170 meqavat gücündə olan hidroelektrik stansiyalarını istismara vermişik və bu ilin sonuna kimi bu, 270 meqavata çatacaq. İki-üç ildən sonra hidroelektrik stansiyaların gücü 500 meqavat olacaq. Bu da yaşıl enerjiyə keçid prosesinə digər mühüm bir töhfə olacaq. Ümumiyyətlə, Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan artıq yaşıl enerji zonası  elan olunub. Təbii sərvətlərimizin istifadəsi üçün böyük potensial var. Külək də artıq sərvətə çevrilib.

Qaradağ Günəş Elektrik Stansiyasının açılış mərasimində Azərbaycanın enerji sektorunda, ümumilikdə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində irəli sürdüyü təşəbbüslərdən və uğurlu nəticələrdən geniş bəhs edən Prezident İlham Əliyev belə bir reallığı da xüsusi vurğuladı ki,   müstəqillik tariximiz təkcə enerji  deyil, bütün sahələrdə planlarımızın gerçəkləşdiyini göstərir. Çünki bizim siyasi iradəmiz var,  cəmiyyətdə birlik var. Bütün məqsədlərimizə nail olacağıq və gələcəkdə bu kimi daha çox mərasimlər keçirəcəyik.

Açılış mərasimi çərçivəsində üç investisiya sazişinin imzalanması da gələcək əməkdaşlıq barədə aydın təsəvvür yaradır. Tərəflər-Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri əlaqələrin inkişafında, hədəflərə nail olmaq üçün səylərin birləşdirilməsində maraqlı olduqlarını atdıqları addımları ilə təsdiqləyirlər. Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabir “Azərbaycan Hökumətinin Azərbaycanın külək və günəş potensialından istifadə etmək, eyni zamanda, sistemin baza gücünü təbii qazla təmin etmək baxışı enerjini daha təhlükəsiz, daha əlçatan və dayanıqlı edəcək. Həm “Masdar”, həm də Birləşmiş Ərəb Əmirlikləri bu səyahətdə Sizin tərəfdaşınız olmaq arzusundadır. Bir çox digər ölkələrdə də belə layihələri həyata keçirmək əzmindəyik. Biz Azərbaycanla və dünyanın bir çox ölkələri ilə iddialı məqsədlərə nail olmaq üçün 2030-cu ilə qədər ən azı 100 qiqavat təmiz enerjini istehsal etmək məqsədilə bütün qitələrdə sizinlə və digər həmfikir tərəfdaşlarla, təşkilatlarla, ölkələrlə işləməyə davam etməyin intizarındayıq” söyləyərək bu fikri də böyük səmimiyyətlə vurğulamışdır ki,  Sizinlə əməkdaşlığa,  liderliyinizə, nikbinliyinizə, yaradıcılığınıza və işləri həyata keçirmək coşqunuza güvənirəm.