YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Vətən yolunda addımlayanlar”

YAP Nərimanov rayon təşkilatında Zəfər Gününə həsr olunan tədbir keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatında Zəfər Günü münasibətilə Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı Azad Hümbətovun əziz xatirəsinə həsr olunan Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin və Azərbaycan Respublikası Şəhid Ailələrinə Qayğı Cəmiyyətinin birgə dəstəyi ilə ərsəyə gələn “Vətən yolunda addımlayanlar” sənədli filminin təqdimat mərasimi keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin büstü önünə tər gül dəstələri düzülərək, dahi şəxsiyyətin əziz xatirəsi ehtiramla yad olunub.

Tədbirdə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Nərimanov rayon  təşkilatının sədri Samir Vəliyev Vətən müharibəsinin Azərbaycan tarixinin ən parlaq səhifələrindən biri kimi xalqımızın həyatında dərin izlər buraxdığını, həm də yeni mərhələnin, eranın, intibahın başlanğıcı olduğunu vurğulayıb. Bildirib ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində parlaq qələbə qazandı. 2023-cü ilin sentyabrında isə cəmi 23 saat davam edən antiterror tədbirləri nəticəsində Qarabağda separatizmə son qoyuldu. Oktyabrın 15-də isə Prezident İlham Əliyevin Xankəndidə Azərbaycan bayrağını ucaltması öz tarixi əhəmiyyətinə görə 44 günlük müharibədə qazanılan Zəfərə bərabər, növbəti parlaq Qələbə oldu. Artıq tam əminliklə demək olar ki, bu gün bütün həyatını Azərbaycan xalqına həsr etmiş və ölkəmizin ərazi bütövlüyünün bərpası ən böyük arzusu olan Ümummilli Lider Heydər Əliyevin ruhu şaddır.

Tədbirdə digər çıxış edənlər Nərimanov Bələdiyyəsinin sədri Təmraz Tağıyev, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Şəhid Ailələri, Qadınlar və Hərbi Qulluqçuların Ailələri ilə iş üzrə şöbəsinin müdiri Zümrüd Səmədova, Nərimanov rayon Ağsaqqallar Şurasının sədri – Vətən müharibəsi qəhrəmanı Azad Hümbətovun atası Arif Hümbətov çıxış edərək 8 noyabr tarixinin Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsindən qürür duyduqlarını söyləyiblər. Həmçinin hərbçilərimizin cəsarətindən, qəhrəmanlığından və Ali Baş Komandan, Prezident İlham Əliyevin Zəfər səlnaməsindən geniş bəhs ediblər.

Sonra “Vətən yolunda addımlayanlar” sənədli filmi izlənilib. 

Sonda rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup partiya fəalına fəxri fərman, YAP sıralarına yeni qoşulmuş gənclərə isə üzvlük vəsiqələri təqdim olunub.

DİGƏR Xəbərlər Arxiv