YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İlham Əliyev qətiyyəti - 8 noyabr Zəfər Günü!

YAP Şəmkir rayon təşkilatında bu mövzuda tədbir keçirilib

Noyabrın 6-da  Yeni Azərbaycan Partiyası Şəmkir  rayon təşkilatının “İlham Əliyev qətiyyəti - 8 noyabr Zəfər Günü!” mövzusunda təşkil etdiyi tədbir keçirilib.

Tədbirdə YAP Şəmkir rayon təşkilatının  sədri  Fəxrəddin Vəliyev, Şəmkir rayon İcra Hakimiyyəti başçısının müavini Aynur Abdullayeva, Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, qazilər, müharibə veteranları, ərazi partiya  təşkilat sədrləri, və partiya fəalları iştirak ediblər.

Tədbirdən öncə Yeni Azərbaycan Partiyasının yaradıcısı, Ümummilli Lider Heydər Əliyevin abidəsi və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsinə ucaldılmış memorial abidə kompleksinin önünə gül dəstələri düzülüb.

YAP Şəmkir rayon təşkilatının  qərargahında  keçirilən tədbiri  giriş sözü ilə açan Fəxrəddin Vəliyev bildirib ki, 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. İgid döyüşçülərimiz 44 gün dayanmadan irəlilədilər və otuz il işğal altında qalan torpaqlarımızı azad edərək qəhrəmanlıq dastanı yazdılar. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin ordumuzun gücü ilə yazdığı tarix Azərbaycan xalqının misli görünməmiş qəhrəmanlıq salnaməsidir. Noyabrın 8-də Şuşa şəhərinin erməni işğalından azad olunması tariximizə Zəfər Günü kimi yazıldı. Torpaqlarımız düşmən tapdağından azad olunmaqla ərazi bütövlüyümüz bərpa edildi.

Daha sonra çıxış edən Şəmkir rayon İcra Hakimiyyəti başçısının müavini Aynur Abdullayeva qeyd etdi ki, tarixi qələbəmizin şahidləri və iştirakçıları kimi qürur hissi keçiririk.  Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında şəhidlərimizin qanı-canı bahasına, qazilərimizin fədakarlığı sayəsində qazandığımız misilsiz qələbə regionda yeni reallıq yaratdı. Müharibə zamanı Azərbaycan xalqı heyrət ediləcək birlik və bərabərlik nümayiş etdirərək Ali Baş Komandan, Prezident İlham Əliyevin ətrafında sıx birləşdi. Vətən oğulları gözlərini qırpmadan torpaqlarımız uğrunda canlarından keçdilər. Bütün bunların məntiqi nəticəsi olaraq Azərbaycan öz tarixi torpaqlarını geri qaytararaq düşmən üzərində parlaq Zəfər qazandı.

Vətən müharibəsi şəhidi Ruslan Qəhrəmanovun atası Mehman Qəhrəmanov bildirib ki, müharibənin ilk günlərindən ordumuzun üstünlüyü ələ alması nəticəsində 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı və 8 noyabrda Şuşa şəhəri işğaldan azad edildi. Ali Baş Komandanın rəhbərliyi ilə ordumuz düşmənin illərlə qurduğu və keçilməz deyilən istehkamlarını yara bildi. Hər bir kənd, şəhər, yaşayış məntəqəsi uğrunda gedən döyüş ayrıca qəhrəmanlıq nümunəsinə çevrildi.

Tədbirdə çıxış edən qazilər və müharibə veteranları qeyd ediblər ki, düşmən üzərində qazandığımız tarixi Qələbəmiz Ulu Öndər Heydər Əliyevin əsasının qoyduğu siyasətin qələbəsi, təntənəsidir. Bu qələbə Heydər Əliyev siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin birləşdirici, qurucu, xilaskar missiyasının təntənəsidir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin bildirdiyi kimi İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu Qələbə tarixdə əbədi qalacaq. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi... Biz düşməni torpaqlarımızdan qovduq və ədaləti,  beynəlxalq hüququ bərpa etdik. Biz milli ləyaqətimizi bərpa etdik. Bu gün Azərbaycan xalqı müzəffər xalq kimi yaşayır. Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır. Biz bundan sonra müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacağıq.
Tədbirin sonunda YAP sıralarına yeni qoşulanlara üzvlük vəsiqələri təqdim edilib.  

DİGƏR Xəbərlər Arxiv