YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Tarixi Zəfərimiz Heydər Əliyev siyasətinin təntənəsidir”

YAP Ağstafa rayon təşkilatı 8 Noyabr - Zəfər Gününə həsr edilən tədbir keçirib.

Yeni Azərbaycan Partiyası (YAP) Ağstafa rayon təşkilatı 8 Noyabr - Zəfər Gününə həsr edilmiş “Tarixi Zəfərimiz Heydər Əliyev siyasətinin təntənəsidir” adlı tədbir keçirib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülüb, dahi şəxsiyyətin xatirəsi ehtiramla yad olunub. Sonra Ağstafa şəhərində yerləşən “Şəhid” Memorial abidə kompleksi ziyarət olunub, abidə kompleksinin önünə gül dəstələri düzülüb.

Tədbirdə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev bildirib ki, üç il Vətən müharibəsində Azərbaycan nüfuzlu beynəlxalq təşkilatların 30 il ərzində həll edə bilmədiyi və yaxud həll etmək istəmədiyi Qarabağ münaqişəsini həll edərək düşməni öz sərhədlərinə qədər qovub ərazi bütövlüyünü bərpa edib. Bu gün tarixi Zəfərimizin reallıqlarını yaşayırıq. İşğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa quruculuq işləri həyata keçirilir.

Tədbirdə çıxış edən digər natiqlər – Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, Ağstafa şəhər 1 saylı tam orta məktəbin direktoru Ramiz Nəsirov, Ağstafa şəhər 3 saylı tam orta məktəbin direktor müavini Şəfəq Heydərli,  Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyi Ağstafa rayon filialının sədri Mirzahid Hacıyev və Heydər Əliyev Mərkəzinin direktoru Ləman Cəlilova vurğulayıblar ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində Azərbaycan xalqı öz torpaqlarını işğaldan azad etməklə tarixinin ən şərəfli səhifəsini yazdı. Azərbaycan Prezidentinin polad iradəsi, Azərbaycan Ordusunun yenilməz gücü və Azərbaycan xalqının sarsılmaz birliyi qarşısında düşmən diz çökdü. Azərbaycan torpaqları düşmən işğalından azad olundu və bununla da xalqımızın əbədi olaraq doğma dədə-baba yurduna qayıdışı təmin edildi.

Sonra YAP Ağstafa rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup partiya fəalına fəxri fərman, YAP sıralarına yeni qoşulmuş şəxslərə isə üzvlük vəsiqələri təqdim olunub.

Sonda isə 8 Noyabr – Zəfər Gününə həsr edilmiş film nümayiş etdirilib.

DİGƏR Xəbərlər Arxiv