YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

8 Noyabr: Milli birliyimizin rəmzi

“Azərbaycanın son 200 illik tarixinin ən şərəfli və qürurlu günlərini yaşayırıq. Bir xalq olaraq son iki əsrdə yaşadığımız faciələrə, işğal dönəminə nöqtə qoyulub və tarixi haqlarımız dünyaya birmənalı şəkildə qəbul etdirilib. Bu böyük nailiyyət müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 2020-ci ilin sentyabrında başlanan Vətən Müharibəsi nəticəsində əldə edilib. 44 günlük Vətən müharibəsində qazanılan qələbə əbədi qürur mənbəyimizə çevrilib. Azərbaycan xalqı 30 ilə yaxın düşmən işğalı altında qalaraq xarabazara çevrilən torpaqlarını azad etmək üçün bir yumruq kimi birləşərək tarixi missiyasını şərəflə yerinə yerinə yetirdi. Prezident İlham Əliyevin apardığı siyasət nəticəsində ölkəmizdə yaşayan bütün xalqlar daha sıx birləşərək yenilməz oldular. Vətən müharibəsi Azərbaycanda dostluq, birlik, həmrəyliyi daha gücləndirdi. Biz indi müzəffər, qalib xalq kimi yaşayırıq. Xalqımız bununla fəxr edir, qürur duyur.” Bu sözləri Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun böyük elmi işçisi, mexanika üzrə fəlsəfə doktoru, siyasi şərhçi Emin Bağırov deyib.

Emin Bağırov qeyd edib ki, Vətən müharibəsində böyük Zəfərə aparan yol  heç də asan olmayıb. 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəldiyi dönəmdən başlayan güclü dövlət siyasətini Prezident İlham Əliyev uğurla davam etdirib və bugünkü möhtəşəm nəticə ortaya qoyulub. Bu müddət ərzində dövlət başçısının iqtisadi yüksəliş, siyasi sabitlik, milli həmrəyliyin əldə olunması ilə paralel güclü ordu quruculuğu nəticə etibarı ilə düşməni pat vəziyyətinə qoydu. Bütün çıxışlarında və görüşlərində Azərbaycanın beynəlxalq hüquqla təsbit olunmuş haqqını önə çəkən Prezident sülh yolu ilə problemin həllinə önəm verdiyinə çalışsa da, Azərbaycanın belə bir durumla barışmayacağını da hər zaman vurğulayıb. Eyni zamanda bütün danışıqlarda, diplomatik masalarda ölkəmizin öz ərazi bütövlüyünü hərb gücü ilə azad etmək imkanında olduğu da dünyanın diqqətinə çatdırıb.Bu gün güclü Silahlı Qüvvələrimizlə hər birimiz fəxr edirik. Unutmaq lazım deyil ki, eyni zamanda ölkəmizdə uzun müddət bərqərar olmuş sabitlik, təhlükəsizlik, əmin-amanlıq da güclənməyimizdə əhəmiyyətli rol oynamışdır. Prezident İlham Əliyevin 2003-cü ildən bu günə qədər apardığı siyasət məhz Azərbaycanı dünyanın ən güclü ölkələri sırasına çıxarıb. Dünyanın dörd bir tərəfində ölkələrdə daxili böhranın hökm sürdüyünün şahidi olduğumuz bir vaxtda, ölkəmizdə sabitlik, milli birlik, həmrəylik və dostluğa hər kəs qibtə edə bilər. Bu, Azərbaycanda həyata keçirilən böyük siyasətin uğurlu nəticəsidir. Şərhçi daha sonra qeyd edib ki, bu ilin sentyabrında antiterror tədbirləri keçirərək suverenliyimizi tam şəkildə bərpa etməyimizlə Azərbaycan tarix yazdı. Torpaqlarımızda mövcud olan, müstəqilliyimiz üçün təhdid yaradan qanunsuz erməni silahlı birləşmələri silahı yerə qoydular. Bununla da, uzun müddətdən sonra Qarabağda separatçılığın kökü kəsildi ki, bu da regionda dayanıqlı sülhə gedən yolda bütün çətinlikləri dəf etmək üçün geniş imkanlar yaratdı. Emin Bağırov sonda qeyd edib ki, tarixi Zəfər bir daha sübut etdi ki, öz dövlətinə, rəhbərinə sonsuz inam bəsləyən xalq məğlubedilməzdir. Çünki Vətən müharibəsində və ondan sonra ortaya qoyulan milli birlik istənilən qüvvəyə qarşı qalib gəlmək gücündə olduğumuzu sübut etdi. Azərbaycan lideri İlham Əliyev həm prezident, həm də komandan kimi xalq sevgisinin elə bir zirvəsini fəth etdi ki, bu çox nadir dövlət başçılarına nəsib olur. Bu gün Azərbaycan qüdrətli dövlət, Prezident İlham Əliyev isə bütün beynəlxalq müstəvilərdə birmənalı olaraq qəbul olunan liderdir. Dövlət başçısı 44 günlük savaşda göstərdiyi fitri hərbi istedadını, prezident kimi həm diplomatik müstəvidə, həm də dövlət idarəçiliyində də təsdiq edir. Azərbaycan güclü lider və qüdrətli dövlət vəhdətinin xoşbəxtliyini yaşayır. Bu xoşbəxtlik bizi bütöv və yenilməz etdi. Böyük Zəfər Günün mübarək, qüdrətli Azərbaycan!

DİGƏR Xəbərlər Arxiv