YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yanvar-may aylarında banklar tərəfindən 47 milyon manat məbləğində ipoteka krediti verilib

Cari ilin yanvar-may aylarında Azərbaycanda banklar tərəfindən 47 milyon manat məbləğində ipoteka krediti verilib.

Bu məbləğ ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,7 milyon manat azdır. Bu müddətdə Azərbaycan İpoteka Fondu tərəfindən yenidən maliyyələşdirilmiş ipoteka kreditinin məbləği 29,5 milyon manat olub.

Son bir ildə verilmiş kreditlərin orta məbləği 1,7 faiz artaraq 40524 manata çatıb. Hesabat dövründə kreditlərə görə aylıq ödənişin məbləği 297,3 manat, kreditlərin orta illik faiz dərəcəsi 6,74 faiz təşkil edib.