Xəbərlər
Prezident İlham Əliyev DTX-nin Heydər Əliyev adına Akademiyasının əməkdaşlarının təltif edilməsi haqqında Sərəncam imzalayıb
![](http://www.yap.org.az/thumb.php?src=http://www.yap.org.az/upload/images/aa78d739f793e523b649ade0622f59c3.jpg&w=360)
Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasının əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir: Azərbaycan Respublikası təhlükəsizlik orqanlarının kadrlarının hazırlanması sahəsində xidmətlərinə, öz xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının aşağıdakı əməkdaşları təltif ediliblər:
“Tərəqqi” medalı ilə
Məmmədova Kamina Qavil qızı
“Hərbi xidmətlərə görə” medalı ilə
Allahverdiyev Extibar Yadulla oğlu – polkovnik
Əliyev Elçin Alastun oğlu – polkovnik
Əmirov Ziyafət Məsim oğlu – polkovnik
İsmayılov Azər Valeh oğlu – polkovnik
Nəsirov Elşad Haqverdi oğlu – polkovnik
Fətullayeva Mehparə Dayış qızı – polkovnik-leytenant
Məhərrəmov Namiq Əliəddin oğlu – polkovnik-leytenant.
2. Təhsil sahəsində xidmətlərinə görə Akif Padar oğlu Orucəliyevə “Əməkdar müəllim” fəxri adı verilsin.