YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

MM-in deputatı: Birinci Avropa Oyunlarını keçirməklə Azərbaycanın ilkə imza atması böyük qürur mənbəyidir

«Birinci Avropa Oyunlarını keçirməklə Azərbaycanın ilkə imza atması böyük qürur mənbəyidir. Bu ölkəmizə olan etimad, inamdır». Bu fikirləri yap.org.az saytına Milli Məclisin deputatı Jalə Əliyeva deyib.

J.Əliyeva bildirib ki, Azərbaycan cəmi 2 il yarım ərzində bu Oyunlara hazırlaşdı. Vacib məqam budur ki, buna hazırlaşarkən hansısa oyunlara istinad etmədi. Çünki Avropa Oyunları ilk dəfə idi keçirilirdi. Əslində, Azərbaycan Avropa Oyunlarının standartlarını müəyyənləşdirdi.

«Avropa Oyunlarını izləyən milyonlarla insan tədbirin açılış və bağlanış mərasimlərini görüb təəccüblənməyə bilməzdi. O gün orada Azərbaycan adlı möhtəşəm bir simfoniya çalınırdı ki, onun müəllifi Azərbaycan Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyevadır. İrəlini zəka ilə görmək bacarığı varsa, dövlət-vətəndaş birliyi varsa hər bir işin öhdəsindən gəlmək olar. Bunu özümüzə və Avropaya nümayiş etdirə  bildik. Təəssüf ki, Oyunlar ərəfəsində ölkəmizə qarşı riyakarlıq, qarayaxmalar oldu. Amma bir vətəndaş kimi düşünürəm ki, bu riyakarlığın arxasında ölkəmizin artan nüfuzuna, bölgənin birincisi olmaq imkanına qısqanclıq dayanır. Avropa Oyunları da isbat etdi ki, Azərbaycan  bölgənin lideridir. İnanıram ki, Azərbaycan qarşıdakı illərdə  daha böyük nailiyyətlərə imza atacaq və yaxın gələcəkdə fövqəlgücə malik dövlətlərin sırasına çıxcaq”»- deyə, J.Əliyeva qeyd edib. 

DİGƏR Xəbərlər Arxiv