YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Gündəm

Mübariz Qurbanlı: Azərbaycan Xalq Cümhuriyyəti və onun keçdiyi yol tariximizin şanlı və şərəfli səhifələrindən biridir

«Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində, türk dünyasında xalqımızın vətənpərvər  övladlarının yaratdığı ilk demokratik respublika olmuşdur. Xalq Cümhuriyyətinin iki il müddətində mövcud olmasına baxmayaraq, onun fəaliyyəti dövlətçilik tariximizdə əhəmiyyətli rol oynamışdır». Bu fikirləri yap.org.az saytına YAP İcra Katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı deyib.

M.Qurbanlı bildirib ki, Xalq Cümhuriyyətinin fəaliyyəti xalqımız tərəfindən çox böyük hörmətlə yad olunur. Onun sözlərinə görə, bu gün 28 May - Respublika Günü münasibətilə keçirilən təntənəli mərasimdə Prezident İlham Əliyev Cümhuriyyətin fəaliyyətini yüksək qiymətləndirərək bir daha qeyd edib ki, məhz Xalq Cümhuriyyətinin yaradılması sonrakı mərhələlərdə Azərbaycan xalqının milli istiqlal hərəkatına həlledici təsir göstərib.

«Azərbaycan Xalq Cümhuriyyəti bütövlükdə Cənubi Qafqazda ictimai-siyasi həyata təsir göstərməklə bərabər müsəlman Şərqində milli azadlıq hərəkatına, türk dünyasında demokratik dövlət idarəçiliyinə nümunə oldu. Xalq Cümhuriyyəti və onun keçdiyi yol tariximizin şanlı və şərəfli səhifələrindən biridir. Bu gün müstəqil Azərbaycan Cənubi Qafqazın lider dövləti kimi hamı tərəfindən qəbul olunur. Bugünkü müstəqil dövlətimiz Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi həmin cümhuriyyətin yaratmış olduğu demokratik ənənələri uğurla davam etdirir. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu müstəqil Azərbaycan, Xalq Cümhuriyyəti dövrünün tarixi nailiyyətlərini yaşadır və inkişaf etdirir. Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın tarixində, ictimai-siyasi həyatında iz qoymuş böyük bir hadisədir»- deyə, YAP İcra katibinin müavini vurğulayıb.   

DİGƏR xəbərlər Arxiv