YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Seçimimiz qalib xalqın qalib Lideri İlham Əliyevdir”

Babək rayon Cəhri qəsəbəsi, Aşağı Buzqov, Yuxarı Buzqov və Gərməçataq kəndlərində seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 17-də Babək rayonunun Cəhri qəsəbəsində, Aşağı Buzqov, Yuxarı Buzqov və Gərməçataq kəndlərində seçicilərlə görüş keçirilib.

Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə Naxçıvan MR Ali Məclisinin deputatı, YAP Babək rayon təşkilatının sədri İsa Məmmədov, Naxçıvan MR Ali Məclisinin deputatı Hacıfəxrəddin Səfərli, təşviqat qrupunun üzvləri Qulam Abdullayev və Elşən Abbasov çıxış ediblər. Bildirilib ki, bu gün Azərbaycan dünyanın ən sabit, inkişaf etmiş və insanların təhlükəsiz şəraitdə yaşadığı ölkələrindən birinə çevrilib. Prezident İlham Əliyev Azərbaycanın milli maraqlarının, xalqımızın mənafeyinin qorunmasını təmin edir.

Görüş zamanı çıxış edənlər 7 fevral seçkilərində seçiciləri aktiv iştirak etməyə və Yeni Azərbaycan Partiyasının namizədi, cənab İlham Əliyevə səs verməyə çağırıblar.