YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

MDB-nin mənzil-qərargahında təhlükəsizlik sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib

İyulun 28-29-da Minskdə, MDB İcraiyyə Komitəsində təhlükəsizlik sahəsində əməkdaşlığa dair sənəd layihələrinin razılaşdırılması üzrə ekspert qrupunun iclası keçiriləcək. Bu barədə Birliyin Minskdəki mənzil-qərargahının mətbuat xidməti məlumat yayıb.

Ekspertlər MDB-nin iştirakçısı olan dövlətlərin silahlı qüvvələr üçün minalardan təmizləmə, habelə hərbi metrologiya və silahlı qüvvələrin metroloji təminatı problemlərinin araşdırılması sahələrində mütəxəssislərin hazırlanması üzrə baza təşkilatları haqqında qərar layihələrini nəzərdən keçirəcəklər.

Birliyin iştirakçısı olan dövlətlərin silahlı qüvvələrinin maraqlarına uyğun geosahə informasiyası mübadiləsi sahəsində əməkdaşlıq haqqında Sazişin layihəsi də təkmilləşdiriləcək.

Bu ilin fevralında MDB İcraiyyə Komitəsində ekspert qrupunun iclasında razılaşdırılan bu sənəd nəzərdən keçirilməsi üçün qurumun üzvü olan ölkələrə göndərilib. Belarus və Qazaxıstan tərəfindən sənədin mətninə irad bildirilib. Bununla əlaqədar, sənədi təkmilləşdirməyə ehtiyac yaranıb.

Sənədin qəbul edilməsi MDB-nin iştirakçısı olan ölkələrin silahlı qüvvələrinə istər hazırlıq, istərsə də birgə tədbirlər keçirilməsi və qoşunların gündəlik fəaliyyəti zamanı topogeodeziya və naviqasiya təminatı sahəsində yaranan çətinlikləri dəf etmək imkanı yaradacaq.

Sənəd layihələri qəti razılaşdırılandan sonra baxılması üçün müəyyən olunmuş qaydada MDB-nin ali orqanlarına təqdim ediləcək.