YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qətiyyətli siyasətin məntiqi nəticəsi

Pirallahı rayonu ərazisində məskunlaşmış laçınlı seçicilər ilə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 23-də Pirallahı rayonu ərazisində məskunlaşmış laçınlı seçicilər ilə görüş keçirilib.

Əvvəlcə Dövlət Himni səsləndirilib. Sonra Prezident İlham Əliyevin 20 illik fəaliyyəti dövrünü əks etdirən videoçarx nümayiş olunub.

Görüşdə YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov, təşviqat qrupunun üzvləri Elnur Əliyev, Adilə Paşayeva, Səadət Kazımova çıxış ediblər.

Çıxış edənlər Prezident İlham Əliyevin milli maraqlara əsaslanan siyasətinin hər bir azərbaycanlıda qürur hissi doğurduğunu, 2016-cı ilin aprel döyüşlərində, Vətən müharibəsində və ötən il 19-20 sentyabr tarixlərində keçirilən antiterror tədbirlərində ordumuzun şanlı qələbəsinin məhz qətiyyətli siyasətin məntiqi nəticəsi olduğunu vurğulayıblar.

Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.

Qeyd edək ki, təşviqat qrupunun üzvləri müharibə veteranı Həmid Abdullayevin ailəsi də ziyarət ediblər. Eyni zamanda, Xəzər rayonunun Qala qəsəbəsi ərazisində məskunlaşan laçınlı seçicilərlə görüş keçirilib.