YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Yeni uğurlar naminə cənab İlham Əliyevə səs verək!”

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində  yanvarın 23-də Culfa rayonunda ziyalılar və ağsaqqallar ilə görüş keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə YAP Culfa rayon təşkilatının sədri Qadir İbrahimov, təşviqat qrupunun üzvləri Naxçıvan MR Ali Məclisinin deputatı Fərəc Fərəcov, Ədalət Əhmədov, Hüseyn Şəkərəliyev, Xanım Tağıyeva, Ənvər Nağıyev və Kamran Cəfərov çıxış ediblər. Çıxışlarda qeyd edilib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin inkişafı daha da sürətlənib, yeni uğurlara imza atılıb. Natiqlər əminliklə  ifadə ediblər ki, qarşıdakı dövrdə də Prezident İlham Əliyevin liderliyi ilə ərazi bütövlüyünü bərpa etmiş Azərbaycan bütün  sahələrdə daha möhtəşəm, əzəmətli nailiyyətlər qazanacaq.

Seçicilər isə bildiriblər ki, fevralın 7-də seçki məntəqələrinə gedərək qalib Lider İlham Əliyevə səs verəcəklər.