YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Amalımız inkişafa, səsimiz qalib Lider İlham Əliyevədir

Daşkəsən və Göygöl rayonunda məskunlaşan kəlbəcərli seçicilər ilə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 23-də Göygöl rayonunun Çaykənd kəndində və Daşkəsən rayonunun Quşçu kənd Mədəniyyət evində Kəlbəcər rayonundan olan seçicilərlə görüşlər keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycanın Dövlət Himni səsləndirilib.

Görüşlərdə YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Milli Məclisin deputatı Aqil Məmmədov, şəhid atası Elxan Bayramov, təşviqat qrupunun üzvləri Mirzəli Məmmədov, İsməli Kamalov, Ərəstun Kamal və digərləri çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, qarşıdan gələn prezident seçkiləri Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsi olaraq müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq ölkəmizin bütün ərazilərində keçiriləcək. Bu seçkilər həm bizim tarixi Zəfər seçkimiz, həm də xalqımızın cənab İlham Əliyevə dərin minnətdarlığının əyani ifadəsi olacaq.

Natiqlər seçiciləri 7 fevral prezident seçkilərində ölkəmizi misilsiz qələbələrə və zəfərlərə aparan partiyanın vahid namizədinə - cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Görüşdə iştirak edən seçicilər isə Azərbaycana uğurla rəhbərlik edən, qlobal miqyasda ölkəmizin nüfuzunu artıran alternativsiz lider İlham Əliyevə səs verəcəklərini bildiriblər.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

DİGƏR Xəbərlər Arxiv