YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanı inamla irəli aparan Lider

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 23-də Lerik rayonunun Noda, Piran və Bürsülüm kəndlərində yaşayan seçicilərlə görüşlər keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə YAP Lerik rayon təşkilatının sədri Malik Mirzəyev, Milli Məclisin deputatı İqbal Məmmədov, təşviqat qrupunun üzvləri Elxan Qənbərov, Gültəkin Şıxəliyeva, Cəlil Baxşiyev, Veysəl Məlikov və Elxan Əliyev çıxış ediblər.

Çıxışlarda bildirilib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev ərazi bütövlüyümüzü və suverenliyimizi tamamilə bərpa etməklə hazırda Azərbaycanın gündəliyini də köklü surətdə dəyişdirib. İndi Azərbaycanın gündəmində münaqişə və müharibə deyil, sülh və əməkdaşlıq məsələləri dayanır. Ona görə də xalqımız ilk dəfə olaraq bu seçkilərə qələbə ruhunda gedəcək.

Təşviqat qrupunun üzvləri seçiciləri qarşıdan gələn prezident seçkilərində fəal iştirak etməyə və hər bir azərbaycanlının Lideri cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Qeyd edək ki, YAP Lerik rayon təşkilatının sədri Malik Mirzəyev, təşviqat qrupunun üzvləri Elnur Məmmədov, Elxan Qənbərov, Mahmud Zaidov  və Elxan Əliyev seçicilərlə fərdi görüşlər də keçiriblər.

DİGƏR Xəbərlər Arxiv