YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nərimanov rayonunda seçicilərlə növbəti görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 23-də Nərimanov rayonunda  seçicilərlə növbəti görüş keçirilib.

Görüş zamanı YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Hikmət Məmmədov, təşviqat qrupunun üzvləri Eyvaz Hünbətov, Elşad Məmmədov və digərləri çıxış ediblər. Çıxışlarda bildirilib ki, Prezident İlham Əliyevin uzaqgörən siyasətinin ən ali məqsədi işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi idi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin 20 illik gərgin əməyinin nəticəsində Azərbaycan ərazi bütövlüyünə qovuşdu, xalqımız dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanındı.

Çıxışlarda seçicilərə 7 fevral tarixində keçiriləcək səsvermə prosesində  fəal iştirak etməyə, qalib xalqın qalib Liderinə səs verməyə çağırışlar edilib.

Seçicilər fevral 7-də keçiriləcək prezident seçkilərində cənab İlham Əliyevin  namizədliyini dəstəkləyəcəklərini vurğulayıblar.

Qeyd edək ki, Nərimanov rayonunda seçicilərlə fərdi görüşlər də keçirilib.

DİGƏR Xəbərlər Arxiv