YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın firavanlığı naminə qalib Liderə səs verəcəyik!

Qusar rayonunda seçkiqabağı təşviqat kampaniyası uğurla davam edir

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 23-də Qusar rayonunun Urva, Çiləgir kəndlərinin seçiciləri və ilk dəfə səs verəcək gənclərlə görüş keçirilib.

Görüşdə YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Azər Badamov, təşviqat qrupunun üzvləri Rail İskəndərov, Günel Hacıyeva, şəhid atası Qüdrət Arazov çıxış ediblər.

Çıxış edənlər Yeni Azərbaycan Partiyasının bu seçkilərə “Qalib xalqın qalib Lideri!” şüarı ilə getdiyini diqqətə çatdırıblar. Qeyd olunub ki, Prezident İlham Əliyev xalqa verdiyi bütün vədlərə əməl edərək Azərbaycanı güclü və qüdrətli dövlətə çevirib. Xalqımız hər bir azərbaycanlının Prezidenti olan, söz ilə əməlin vəhdətini yaratmış Liderə - Prezident İlham Əliyevə tam güvənir. Vurğulanıb ki, xalq-iqtidar birliyi, güclü milli həmrəylik ölkəmizin bundan sonra da Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edəcəyini söyləməyə imkan verir. 

Natiqlər seçiciləri fevralın 7-də müstəqil Azərbaycanın firavanlığı naminə qalib xalqın qalib Lideri İlham Əliyevə səs verməyə çağırıblar.