YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qarabağda bayrağımızı ucaldan Liderə səs verək!

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 23-də YAP Qubadlı rayon təşkilatının qərargahında seçicilərlə görüş keçirilib.

Görüşdə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə YAP Qubadlı rayon təşkilatının sədri Təhmasib Rüstəmov, təşviqat qrupunun üzvləri Zakir Qasımov, Əvəz Həsənov və Ədalət Əsədov çıxış ediblər. Görüşdə çıxış edənlər 44 günlük Vətən müharibəsində qazanılmış Zəfər, 2023-cü il 19-20 sentyabr tarixlərində keçirilən antiterror tədbirləri nəticəsində suverenliyimizin təmin olunmasını tariximin ən mühüm hadisələri kimi dəyərləndiriblər. Bu zəfərlər məhz Prezident İlham Əliyevin liderliyi ilə qazanılıb.

Natiqlər əminliklə  ifadə ediblər ki, qarşıdakı dövrdə də Prezident İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyünü bərpa etmiş Azərbaycan bütün  sahələrdə daha möhtəşəm, əzəmətli nailiyyətlər qazanacaq.

Seçicilər isə Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.