YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Lənkəranlı seçicilərlə növbəti görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 23-də  Lənkəran rayonunun Boladı, Gəgiran, Jidi, Diryan və Köhnəgəgir, Osaküçə kəndində, eləcə də  “İsti Su” qəsəbəsində yaşayan seçicilərlə görüş keçirilib.

Tədbirlərin əvvəlində Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə YAP Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev, Milli Məclisin deputat Cavanşir Paşazadə, təşviqat qrupunun üzvləri İbrahim Quliyev, Ramazan Quliyev və Kamal Mahmudov çıxış ediblər. Çıxışlarda  bildirilib ki, son 20 ildə Prezident İlham Əliyevin müdrik rəhbərliyi sayəsində ölkə iqtisadiyyatı dönməz inkişaf yolu tutub, ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib, Azərbaycan bütün sahələrdə Cənubi Qafqazın lider dövlətinə çevrilib. Qeyd olunub ki, qarşıdan gələn prezident seçkilərinin ölkəmizin bütün ərazilərində keçirilməsi əlamətdar bir hadisədir.

Natiqlər seçiciləri 7 fevral prezident seçkilərində fəal iştirak etməyə və qalib xalqın qalib Lideri olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Çıxış edən seçicilər də fevralın 7-də seçki məntəqələrinə gedərək qalib Lider, xalqımıza Zəfər sevinci yaşadan Müzəffər Ali Baş Komandan İlham Əliyevə səs  verəcəklərini vurğulayıblar.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.