YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan doğru yolda inamla irəliləyir

Masallı rayonunda seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 23-də Masallı rayonunun Xırmandalı, Ərəb, Hacıtəpə, Birinci Səmədxanlı, Alışanlı, Ətcələr, İkinci Səmədxanlı, Türkoba, Qəzvinoba, Şatıroba kəndlərinin seçiciləri ilə görüşlər keçirilib.

Görüşlərdə YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, təşviqat qrupunun üzvləri Ceyhun Qurbanov, Hikmət Xəlilov, Səfalı Paşayev, Sakit Ağayev, Aytən Şükürova, Nahid Rəhimov çıxış ediblər.

Qeyd olunub ki, Azərbaycanda müşahidə edilən inkişaf prosesinə, görülən işlərə nəzər saldıqda ölkə ictimaiyyətinin dövlət başçımıza olan yüksək rəğbətinin heç də təsadüfi olmadığı bir daha aydın görünür. Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 20 il ərzində Azərbaycan hər bir sahədə böyük inkişaf yolu keçib. Bütün sahələrdə görülən işlər, qazanılan uğurlar onu göstərir ki, Azərbaycan doğru yolda irəliləyir və xalqımız düzgün seçim edib.

Natiqlər bütün seçiciləri Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

DİGƏR Xəbərlər Arxiv