YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mingəçevir şəhərində seçicilərlə növbəti görüş keçirilib

2024-cü ilin fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 23-də Mingəçevir şəhərinin Malik Abdullayev, Vəli Hüseyinov və Mahir Əliyev küçələrində yaşayan  seçicilərlə  görüş keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin  və torpaqlarımız azadlığı uğrunda canlarını fəda etmiş Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 Görüşdə YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev, Milli Məclisin deputatı Aydın Mirzəzadə, təşviqat qrupunun üzvü Mustafa Muradov çıxış ediblər. Çıxışlarda Prezident İlham Əliyevin güclü, qətiyyətli və müdrik Lider olduğu vurğulanıb. Bildirilib ki, məhz bu nöqteyi-nəzərdən cənab İlham Əliyevin rəhbərliyi ilə müstəqil dövlətimiz üçün gələcək hədəflərin reallaşması müstəsna əhəmiyyət kəsb edir.

Natiqlər seçiciləri fevralın 7-də fəal və mütəşəkkil şəkildə seçki məntəqələrinə gedərək Heydər Əliyev siyasətinin layiqli davamçısı cənab İlham Əliyevə səs verməyə çağırıblar.

DİGƏR Xəbərlər Arxiv