YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qələbədən-qələbəyə

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 23-də Sabunçu rayonunda seçicilərlə görüşlər keçirilib.

“Qapı-qapı” seçki texnologiyasına uyğun olaraq, rayonun Bakıxanov, Pirşağı, Maştağa, Bilgəh, Nardaran qəsəbələrində yaşayan seçicilərlə fərdi görüşlər keçirilib. 

Görüşlərdə təbliğat qrupunun üzvləri ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan uğurlardan bəhs ediblər. Qeyd olunub ki, YAP-ın namizədi cənab İlham Əliyev həmişə Azərbaycanda demokratiyanın inkişafına öz töhfəsini verib. Müzəffər Ali Baş Komandanın namizədliyi bütövlükdə xalq tərəfindən dəstəklənir.