YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xalqın seçimi!

Neftçalada seçicilərlə görüşlər davam edir

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 24-də Neftçala rayonunun Xolqarabucaq, Xoltəzəkənd və Xəzər kəndlərinin seçiciləri ilə görüş keçirilib.

Görüşdə YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev, təşviqat qrupunun üzvləri Bədirə Niftalıyeva, Azər Turan və Ruhəngiz Nəcəfova çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, Azərbaycanın son 20 ildə dünya miqyasında əldə etdiyi uğurlar məhz Prezident İlham Əliyevin adı ilə bağlıdır. Bu illər ərzində bütün sahələrdə sürətli inkişafa nail olunub, insanların rifah halı ildən-ilə yaxşılaşıb. Ən əsası isə 30 il həsrətində olduğumuz torpaqlarımız Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz tərəfindən azad olunub, ərazi bütövlüyümüz, suverenliyimiz bərpa edilib.

Natiqlər Azərbaycanın cənab İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da daha böyük uğurlara imza atacağını əminliklə söyləyib, seçiciləri  ölkənin davamlı inkişafına səs verməyə, qalib Liderin ətrafında sıx birləşməyə çağırıblar.

DİGƏR Xəbərlər Arxiv