YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Mehdiyev: Dövlət Sosial Müdafiə Fondunun fəaliyyətinin avtomatlaşdırılması və maarifləndirmə tədbirləri nəticəsində vətəndaş müraciətləri əhəmiyyətli şəkildə azalıb

Dövlət Sosial Müdafiə Fondunda vətəndaşlarla işin səmərəliliyinin daha da artırılması, fəaliyyətinin avtomatlaşdırılması və maarifləndirmə tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi nəticəsində 2015-ci ilin birinci yarısında Fondun Aparatına vətəndaşlardan daxil olan müraciətlərin sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 23 faiz azalıb.

Bunu Fondun sədri Elman Mehdiyev Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 2421 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın Dövlət Sosial Müdafiə Fondunda icrası nəticələrini media nümayəndələrinə  şərh edərkən bildirib. O, həmçinin qeyd edib ki,  müraciətlərin 18,8 faizi bilavasitə pensiya və müavinətlərin hesablanması, 16,2 faizi pensiya və müavinətlərin təyinatı,  9,9 faizi  pensiya və müavinətlərin ödənişi məsələləri ilə bağlı olub.  Müraciətlərin 8,4  faizini məcburi dövlət sosial sığortasına, 2,5 faizini sosial sığorta şəhadətnaməsinin verilməsinə  dair sorğular əhatə edib. Müraciətlərin 44,2 faizi isə digər məsələlərə aid olub.

Hesabat dövründə vətəndaşlardan, hüquqi və fiziki şəxslərdən daxil olan sorğuların, ərizə və şikayətlərin vaxtında və operativ şəkildə cavablandırılması işləri davam etdirilib.