YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qalib xalqın önündə dayanan şəxs yalnız qalib Lider ola bilər!

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 25-də Yardımlı rayonunun Ərus, Ərsilə və şəhərin “V.Məmmədov” küçəsində yaşayan seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Yardımlı rayon təşkilatının sədri Anar Alışov, təşkilatın sədr müavini Maqsud Şabiyev, təşviqat qrupunun üzvü Balamir Adiyev, şəhid ataları Ədalət Qarayev və Vaqif Zeynalov çıxış ediblər.

Çıxış edən natiqlər qeyd ediblər ki, Azərbaycanın müstəqillik tarixində bir sıra əlamətdar günlər var ki, onlar tarixə qızıl hərflərlə yazılacaq və daim xatırlanacaq. Məhz bu kimi əlamətdar günlər sırasına 7 fevral prezident seçkiləri də daxil olacaq. Çünki ilk dəfə olaraq bütün ölkə ərazisində keçiriləcək bu seçkilərdə Azərbaycan xalqı artıq işğal və seperatizm problemi olmadan, eləcə də müstəqillik tarixinin ən güclü dövrünü yaşayaraq siyasi iradəsini ortaya qoyacaq.

Seçicilər də fevralın 7-də seçki məntəqələrinə gedərək xalqımıza qalibiyyət sevinci yaşadan Müzəffər Ali Baş Komandan İlham Əliyevə səs verəcəklərini bildiriblər.