YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yorulmaz fəaliyyət, uğurlu siyasət!

Quba rayonunun Zərdabi qəsəbəsi, Bağbanlı, Amsarqışlaq, Alpan, Kürkün və Uzunmeşə kəndlərindən olan seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 25-da Quba rayonunun Zərdabi qəsəbəsi, Bağbanlı, Amsarqışlaq, Alpan, Kürkün və Uzunmeşə kəndlərindən olan seçicilərlə görüş keçirilib.

Əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova, təşviqat qrupunun üzvləri Elxan Məhərrəmov, Hacıəli Məmmədov, Sadıq Məmmədov, Namik Hümbətov, Kamran Əliyev və şəhid atası Niyaz Məlikov çıxış ediblər. Çıxışlarda bildirilib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan Qarabağ Zəfəri xalqımızın qəhrəmanlıq tarixinə əbədi yazılıb.

Natiqlər seçiciləri aktivlik nümayiş etdirməyə, seçkilərdə fəallıq göstərməyə, dövlətimizin parlaq gələcəyinə, inkişafına, ölkəmizdəki əmin-amanlığa, bir sözlə, yeni zəfərlərə səs verməyə çağırıblar.

Görüşdə çıxış edən seçicilər Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verəcəklərini vurğulayıblar.