YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xalqımız seçkilərdə qürurla iştirak edəcək!

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 25-də Qaradağ rayonunun Ələt qəsəbəsində seçicilərlə  görüş keçirilib.

Görüşlərdə YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, YAP Təftiş komissiyasının üzvü, Milli Məclisin deputatı Aydın Hüseynov, təşviqat qrupunun üzvü Vüqar Hüseynov və başqaları çıxış ediblər. Natiqlər Prezident İlham Əliyevin 20 illik fəaliyyəti dövründə bütün sahələrdə həyata keçrilən yenidənqurma işlərindən, müxtəlif sahələrdə qəbul olunan dövlət proqramlarının əhəmiyyətindən bəhs ediblər.

Çıxış edənlər seçiciləri 7 fevral prezident seçkilərində qalib xalqın qalib Lideri olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Seçicilər də öz növbəsində prezident seçkilərində YAP-ın namizədi cənab İlham Əliyevə alternativ olmadığını, ölkəmizin daha böyük uğurlar qazanması üçün məhz qalib Liderə səs verəcəklərini bildiriblər.