YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni reallıqlar yaradan, sözü imzası qədər dəyərli olan Lider!

Neftçaladan olan seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 25-də Neftçala rayonunun Aşağı Surra kəndində və H.Cavid adına istirahət parkında seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev,  təşviqat qrupunun üzvləri Cavad Mirzəyev, Fərhad Baxışov, Valeh Tağıyev, Firdovsi Tağıyev və Elnur Abdiyev çıxış ediblər.

Natiqlər öz çıxışlarında Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın keçdiyi inkişaf yoluna nəzər salıblar. Qeyd olunub ki, ötən 20 il ərzidə ölkəmizin siması büsbütün dəyişib, bütün sahələrdə tərəqqiyə nail olunub. Azərbaycan regional, hətta qlobal miqyaslı dövlətə çevrilib. Bildirilib ki, ötən üç ildə Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu misli görünməmiş tarixi qələbələr qazanıb.

Çıxış edənlər bütün seçiciləri səsvermə günü məntəqələrə gedərək qalib xalqın qalib Liderinə səs verməyə çağırıblar.

Seçicilər də öz növbəsində Prezident İlham Əliyevə səs verəcəklərini, onu dəstəkləkməkdən böyük qürur duqduqlarını diqqətə çatdırıblar.