YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın gələcəyinə səs verək

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 25-də Sədərək rayonunun Heydərabad qəsəbəsində seçicilərlə görüş keçirilib.

Görüşdə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin və müstəqilliyimizin, ərazi bütövlüyümüzün təmin olunması yolunda canlarından keçən qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Vüsalə Əliyeva, təşviqat qrupunun üzvləri Nəriman Seyidov, Tahirə Qasımova, Arzu Hüseynova çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycan gündən-günə inkişaf edir, yeni nailiyyətlərə imza atır. Məhz bunun nəticəsidir ki, Prezident İlham Əliyevin siyasəti xalq tərəfindən birmənalı şəkildə dəstəklənir.

Natiqlər seçiciləri fevralın 7-də keçiriləcək prezident seçkilərində fəallıq göstərməyə və Azərbaycanın gələcəyinə - tarixə adını qızıl hərflərlə yazdıran qalib Liderə səs verməyə çağırıblar.