YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qalib Lider-xalq həmrəyliyi sarsılmazdır

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 25-də Tovuz rayonunun Əsrik, Cırdaxan, Koxanəbi, Ağbulaq kəndlərində seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov, təşviqat qrupunun üzvləri Nazim Quliyev, Sabir Quliyev və Tofiq Hüseynov çıxış ediblər.

Çıxış edənlər cənab İlham Əliyevin sözünün imzası qədər keçərli, siyasi iradəsinin möhkəm olduğunu, dövlət başçısının prinsipiallığı və uzaqgörənliyi ilə ən yeni Azərbaycan tarixinə öz möhürünü vurduğunu qeyd ediblər.

Natiqlər seçiciləri prezident seçkilərində fəal iştirak etməyə və qalib xalqın qalib Lideri olan cənab İlham Əliyevə səs verməyə çağırıblar.

“Zəfər seçkisinə böyük sevinc və qürurla gedirik” deyən  seçicilər isə Müzəffər Ali Baş Komandanı dəstəkləyəcəklərini vurğulayıblar.