YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xalqın ümidlərini doğruldan Lider

Füzuli rayonunda seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 25-də Füzuli rayonunun 1 və 2 nömrəli Qayıdış qəsəbələrindən, eləcə də Qarabağ kəndindən olan seçicilərlə görüş keçirilib.

Əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə YAP Füzuli rayon təşkilatının sədri Nazimə Şamıyeva, YAP İdarə Heyətinin üzvü Asif Əsgərli, təşviqat qrupunun üzvləri Qalib Qarayev, şəhid anası Tamella Məmmədova çıxış ediblər.

Çıxışlarda qeyd edilib ki, xalqımız xoşbəxtdir ki, suveren və müstəqil Azərbaycanımız Prezident İlham Əliyevin parlaq liderliyi ilə tarixi qələbələrə imza ataraq güclü, firavan gələcəyinə doğru zəfər yolunu inamla davam etdirir. Bu gün əminliklə demək olar ki, Prezident İlham Əliyev bundan sonra da ölkəmizi zirvədən-zirvəyə, qələbədən-qələbəyə aparacaq.

Natiqlər seçiciləri 7 fevral tarixində keçiriləcək səsvermə prosesində  fəal iştirak etməyə, qalib xalqın qalib Liderinə səs verməyə çağırıblar.

Seçicilər isə prezident seçkilərində cənab İlham Əliyevin namizədliyini dəstəkləyəcəklərini vurğulayıblar.

Görüş Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.

Qeyd edək ki, həmin gün YAP Füzuli rayon təşkilatının sədri Nazimə Şamıyeva seçicilərlə məhəlli görüşlər də keçirib.