YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni qələbələrə doğru

Ucar rayonunun Alpout kəndində seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 25-də Ucar rayonunun Alpout kəndindən olan seçicilərlə görüş keçirilib.

Əvvəlcə Vətən müharibəsi şəhidi Ayaz Xəlilovun doğum günü münasibətilə rayonun Alpout kənd qəbiristanlığında şəhidin məzarı ziyarət olunub. 

Görüşdə YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva, təşviqat qrupunun üzvləri şəhid atası Əli Vəliyev, Mirzalı Ağamalıyev, Rahib Rəsulov və Fuad İsrəfilov çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, müstəqil Azərbaycan dövləti özünün yeni tarixinin məsuliyyətli və şərəfli bir dövrünü yaşayır. Artıq hərtərəfli şəkildə inkişaf etməkdə davam edən müstəqil Azərbaycan dövləti dünya birliyində xüsusi çəkiyə malik olan əhəmiyyətli bir ölkə olaraq qəbul olunur. İndi nəinki regionun, ümumiyyətlə qlobal mənada dünyanın ən müxtəlif problemlərinin həllində Azərbaycan Respublikası mötəbər söz sahibidir. Vurğulanıb ki, son 20 ildə Ulu Öndər Heydər Əliyevin miras qoyduğu uğurlu siyasəti layiqincə davam etdirən Prezident İlham Əliyev adını doğma torpaqlarımızın xilaskarı kimi tariximizə əbədi həkk etdirib.

Natiqlər seçiciləri qarşıdan gələn prezident seçkilərində fəal şəkildə iştirak etməyə və müdrik seçim etməklə cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Görüşdə çıxış edən seçicilər isə fevralın 7-də seçki məntəqələrinə gedərək Yeni Azərbaycan Partiyasının layiqli namizədi İlham Əliyevə səs verəcəklərini bildiriblər.