YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Güclü və müasir Azərbaycanı seçək!

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 25-də Zaqatala rayonunun Aşağı Tala və Yuxarı Tala kəndlərində seçicilərlə görüşlər keçirilib.

Görüşdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib.

Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra YAP Zaqatala rayon təşkilatının sədr müavini Fərid Ramazanov, Milli Məclisin deputatı Kamilə Əliyeva, partiyanın Veteranlar Şurasınnı üzvü Tahir Məmmədov, təşviqat qrupunun üzvü Ədalət Qurbanova çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, Azərbaycanın iqtisadi uğurları günbəgün artır və xalqımızın rifah halının daha da yaxşılaşdırılması təmin edilir. Vurğulanıb ki, Azərbaycan vətəndaşları prezident seçkilərində cənab İlham Əliyevə səs verməklə inkişafı, tərəqqini, güclü və müasir Azərbaycanı seçmiş olacaqlar.

Seçicilər çıxış edərək cənab İlham Əliyevin namizədliyini yekdilliklə müdafiə edəcəklərini bildiriblər.