YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanı zirvələrə yüksəldən güclü Lider

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 25-də Ağdərə  rayonunun Suqovuşan qəsəbəsi və  Talış  kəndi, Tərtər rayonunun isə Güləbatlı və Buruc kəndlərindən olan  seçicilərlə görüş keçirilib.

Görüşlərdə YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, Milli Məclisin deputatı Ağalar Vəliyev, təşviqat qrupunun üzvləri Sərxan Cəlahani, Məhəbbət Paşayeva, Amil  Hüseynov, şəhid anası Afidə  Mirzəyeva çıxış ediblər.

Qeyd edilib ki, son 20 il çağdaş tariximizə qızıl hərflərlə yazılıb. İndi isə qarşıda yeni hədəflər durur. Azərbaycan xalqı bu hədəflərə yalnız qalib Lider İlham Əliyevlə nail ola bilər.

Natiqlər xalqımızın budəfəki seçkilərdə də doğru seçim edərək Azərbaycan dövlətini daim zirvələrə yüksəldən cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.