YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tərəqqidən yüksəlişə

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 25-də Qax rayonunun Zəyəm kəndində seçicilərlə görüş keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Görüşdə YAP Qax rayon təşkilatının sədri Natiq Allahverdiyev,  təşviqat qrupunun üzvləri Eldəniz Şabanov, müharibə veteranı Fərid Kərimov çıxış ediblər.

Qeyd olunub ki, fevralın 7-də Azərbaycanın ictimai-siyasi həyatında növbəti əlamətdar gün yaşanacaq. Prezident seçkiləri Azərbaycanın güclü və inkişaf etmiş ölkə kimi tərəqqisinə təkan olacaq. Müasir Azərbaycanın sürətli inkişafında məhz Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin imzası var. Dövlət başçısı İlham Əliyevin 20 illik siyasi fəaliyyəti tarixi uğurlarla zəngindir. 2023-cü ildə ölkəmizin ərazi bütövlüyü tam bərpa olundu.

Natiqlər seçiciləri qalib Liderin ətrafında sıx birləşməyə - 7 fevral seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə  çağırıblar.

Seçicilər güclü Azərbaycan naminə cənab İlham Əliyevi dəstəkləyəcəklərini deyiblər.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.