YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qalib Lider növbəti dəfə qələbə qazanacaq!

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 25-də Masallı rayonunun  Ərkivan qəsəbəsi və Şıxlar kəndlərinin seçiciləri ilə görüş keçirilib.

Görüşlərdə YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, təşviqat qrupunun üzvləri Eldar Kazımov, Qardaş Fətullayev, Əntiqə Tağıyeva, Cəmaləddin Məmmədov, Məmmədağa Şiriyev, seçicilərdən Firdovsi Abbasov, Ülkər Bağırova, Mirəyyub Əliyev, Aydın Əliyev, Miryəhya Bədirov, Şahhüseyn Hüseynov, Əziz Hüseynov çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, Prezident İlham Əliyevin ölkəyə rəhbərlik dövründə Azərbaycan həm yerləşdiyi coğrafiyada, həm də ümumilikdə beynəlxalq aləmdə böyük nüfuz və mövqe qazanıb. Sözsüz ki, bütün bunlar ölkəmizdə mövcud olan sarsılmaz ictimai-siyasi sabitlik fonunda reallaşıb. Azərbaycan öz iqtisadi-siyasi qüdrətini artırdıqca ölkəmizin mövqeləri daha da möhkəmlənir.

Natiqlər seçiciləri Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Seçicilər isə Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin növbəti dəfə qələbə qazanacağına inandıqlarını bildirib, Azərbaycanın gələcəyi naminə qalib Lideri dəstəkləyəcəklərini deyiblər.