YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli maraqlar qorunur

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 25-də YAP Nərimanov rayon təşkilatında seçicilərlə növbəti görüş keçirilib.

Görüşdə YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Hikmət Məmmədov, təşviqat qrupunun üzvləri Cəlil Xəlilov, Arif Hümbətov və digərləri çıxış ediblər.

Çıxışlarda bildirilib ki, son 20 ildə cənab İlham Əliyevin yürütdüyü müstəqil siyasətlə Azərbaycan xarici əlaqələrini, siyasi-iqtisadi, hərbi, humanitar və digər sahələrdə müttəfiqlərini, əməkdaşlıq etdiyi ölkə və beynəlxalq təşkilatları özü seçir. Cənab İlham Əliyev Azərbaycanın milli maraqları qətiyyətlə qoruyur. 2020-ci ildə xalqımız öz Liderinin - Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya müasir Azərbaycanın gücünü, mətinliyini və mübarizliyini nümayiş etdirib.

Natiqlər bildiriblər ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kurs respublikamızı inkişaf yoluna çıxarmaqla yanaşı, regional və beynəlxalq miqyasda nüfuzunu daha da artırıb. Bütün bunlar əminlik yaradır ki, səsvermə hüququ olan hər bir azərbaycanlı 7 fevral tarixində keçiriləcək prezident seçkilərində nümunəvi və altenativsiz Lider olan  İlham Əliyevə səs verəcək.

Qeyd edək ki, Nərimanov rayonunun “İ.Bünyadzadə küçəsi 12/12” və “A.M.Cümə küçəsi 7A” ünvanlarında yaşayan seçicilərlə də fərdi görüşlər keçirilib.