YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xəzər seçiciləri ölkənin işıqlı sabahına səs verəcəklər

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 26-da Xəzər rayonunun Binə qəsəbəsində Qala seçiciləri ilə görüş keçirilib.

Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, sonra “Qalib xalqın, qalib Lideri-Prezident İlham Əliyev” adlı videoçarx nümayiş olunub.

Görüşdə YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, YAP Təftiş komissiyasının üzvü, Milli Məclisin deputatı Aydın Hüseynov, təşviqat qrupunun üzvləri Zamiq Əliyev, Təvəkkül Səlimov çıxış ediblər.

Çıxışlarda bildirilib ki, bu gün Azərbaycan öz tarixinin ən şərəfli dövrlərindən birini yaşayır. Prezident İlham Əliyevin uzaqgörən siyasəti daimi tərəqqi və yüksəlişi gündəlik həyatımızın reallığına çevirib.

Natiqlər seçicilərin 7 fevral tarixində dövlət və dövlətçiliyimiz üçün taleyüklü siyasi prosesdə ən aktiv formada iştirak edəcəklərinə inandıqlarını bildirib və bütün seçiciləri ölkəmizin işıqlı sabahına səs verməyə çağırıblar.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.