YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni dövr, yeni hədəflər

Zəngilan rayonundan olan seçicilərlə növbəti görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 26-da Sumqayıt şəhərində məskunlaşmış zəngilanlı seçicilərlə növbəti görüş keçirilib.

Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə Prezident İlham Əliyevin 20 illik fəaliyyətinə həsr edilmiş “Qalib xalqın qalib Lideri” adlı videoçarx nümayiş olunub.

Sonra YAP Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadə, təşviqat qrupunun üzvləri Fuad Hüseynov və Mənsurə Baxışova çıxış ediblər.

Çıxışlarda Prezident İlham Əliyevin güclü, qətiyyətli və müdrik Lider olduğu vurğulanıb. Qeyd olunub ki, cənab İlham Əliyevin rəhbərliyi altında ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa olunması fonunda yeni dövrün qarşıya qoyduğu mühüm hədəflər var. Bu hədəflərə yalnız qalib Lider İlham Əliyevin sayəsində çatmaq mümkündür.

Natiqlər zəngilanlı seçiciləri 7 fevralda Yeni Azərbaycan Partiyasının vahid namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Görüşdə seçicilər xalqın alternativsiz lideri cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.