YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qalib Lider Azərbaycanı Zəfər zirvəsinə yüksəldib

Astarada ilk dəfə səs verəcək seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 26-da Astarada ilk dəfə səs verəcək seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Astara rayon təşkilatının sədri Həbib Cəfərov, təşviqat qrupunun üzvləri Elnur Rüstəmov, Nuranə Fərəcova, Adil Rzayev və Rafiq Əliyev çıxış ediblər. Çıxışlarda qeyd olunub ki, müstəqilliyimizin bərpasından sonra ilk dəfədir ki, seçkilər torpaqlarımızın tam azadlığı şəraitində baş tutacaq. Ona görə bu seçki də Zəfər seçkisi və ərazi bütövlüyümüzün və suverenliyimizin təsbiti kimi tarixə düşəcək. Və əlbəttə ki, hər bir azərbaycanlı  fevralın 7-də keçiriləcək seçkilərdə ona Zəfər və məğrurluq yaşadan, ərazi bütövlüyümüzü bərpa edən, Qarabağ və Şərqi Zəngəzuru yenidən quran Müzəffər Ali Baş Komandan İlham Əliyevin yanında olacaq.

Natiqlər seçiciləri son 20 ilin uğurlarına əsaslanaraq  Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən, torpaqlarımızı işğaldan azad edən, erməni separatizminə son qoyan siyasətin davamına səs verməyə çağırıblar.

Qeyd edək ki, “qapı-qapı” məhəllə görüşlərinin qrafikinə uyğun olaraq rayonun Artupa kəndində də seçicilərlə görüş keçirilib.  

DİGƏR Xəbərlər Arxiv