YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qalib Liderə güvənirik

Yardımlı rayonunda seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 26-də Yardımlı rayonunun Astanlı və Zevin kəndlərində seçicilərlə görüşlər keçirilib.

Görüşlərdə YAP Yardımlı rayon təşkilatının sədri Anar Alışov, şəhid atası Ədalət Qarayev və digərləri çıxış ediblər.

Çıxışlarda Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi 20 il ərzində görülən misilsiz işlərdən, qazanılan tarixi nailiyyətlərdən bəhs edilib. Qeyd olunub ki, bütün sahələrdə əldə olunan uğurlar Azərbaycanın qüdrətini artırıb. Tarixi Zəfər qazanan Azərbaycan artıq dünyada qalib dövlət kimi tanınır.

Seçicilər isə “Biz qalib Liderimizə güvənirik!” deyərək xalqımıza qalibiyyət sevinci yaşadan cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.