YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ucarda qalib Liderə sevgi sonsuzdur

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 26-da Ucar rayon Quləbənd kənd Mədəniyyət evində Quləbənd və Alpı kəndlərinin seçiciləri ilə görüş keçirilib.

Əvvəlcə təşviqat qrupunun üzvləri Vətən müharibəsi şəhidi Təbriz Bəkirovun doğum günü ilə əlaqədar rayonun Bağırbəyli kənd qəbiristanlığında məzarını ziyarət ediblər. 

Görüşdə YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva, təşviqat qrupunun üzvləri Mirzalı Ağamalıyev, Rahib Rəsulov və Yusif Məmmədov çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, dövlət rəhbəri İlham Əliyev çətin, lakin şərəfli yol seçib. Bu yol ardıcıl, sistemli, davamlı və dərinləşən islahatlar yoludur. Məhz bu yolla Prezident İlham Əliyev Azərbaycanı uca zirvələrə aparır.

Natiqlər seçiciləri qarşıdan gələn prezident seçkilərində hər bir vədini əməli fəaliyyətlə doğruldan cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Görüşdə çıxış edən seçicilər tarixi Zəfərimizin müəllifi İlham Əliyevə səs verəcəklərini bildiriblər.  

Qeyd edək ki, həmin gün Quləbənd kəndində partiya veteranları ilə fərdi görüşlər də keçirilib.

DİGƏR Xəbərlər Arxiv