YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qalib Lider daha böyük uğurlara imza atacaq!

Tovuz rayonunda seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 27-də Tovuz rayonunun Qəribli, Aşağı Mülkülü, Ağacqala, Sarıtala və Qədirli-Cilovdarlı  kəndlərində seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov, təşviqat qrupunun üzvüləri İlqar Kərimov, Nazim Quliyev və Nəriman Şirinov çıxış ediblər.

Bildirilib ki, Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində

Azərbaycan bütün istiqamətlərdə qazandığı böyük uğurlarla dünya dövlətləri arasında layiqli yer tutub. Cənab İlham Əliyevin rəhbərliyi ilə bu gün ərazi bütövlüyünü və suverenliyini bərpa edən Azərbaycanın qarşısında yeni hədəflər dayanıb. Bundan sonra da xalqımız Müzəffər Ali Baş Komandanın ətrafında sıx birləşərək böyük uğurlara imza atacaq.

Seçicilər fevralın 7-də seçki məntəqələrinə gedərək dövlətimizin parlaq gələcəyinə, yeni zəfərlərə səs verəcəklərini diqqətə çatdırıblar.

DİGƏR Xəbərlər Arxiv